Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 235 məktəbdə talış dili tədris olunur.
Bunu LARTİ-nin Tədrisin keyfiyyəti sektoru “Azərbaycan müəllimi”nin sorğusuna cavabında qeyd edib.
Məlumatda bildirilir ki, talış dilini 796 müəllim tədris edir: “Təhsil müəssisələrinə göndərilən sorğuya əsasən, məktəblərin 206-da şagirdlər talış dilini yaxşı, 26-da orta, 3-də isə zəif mənimsəyir. Talış dili, əsasən, ibtidai təhsil səviyyəsində tədris olunur. Bu dilin tədris olunduğu məktəblərin 68-i Lənkəran, 71-i Lerik, 60-ı Astara, 36-sı isə Masallıda yerləşir”.