“Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır”.
Tehsil365 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur: “Həm mediadan, həm də sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu halların hamısı araşdırılır və geridönüş edilir”.