2-12 dekabr tarixlərində Rumıniyanın Buxarest şəhərində Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2024) təşkil edilib. 6 nəfərdən ibarət milli komandamız sözügedən olimpiadada uğurla çıxış edərək ümumilikdə 6 bürünc medal qazanıb.
Tehsil365 xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Belə ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi Bəxtiyar Ağayev, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin X sinif şagirdi Yaqub Baratlı, Kimya Biologiya Təmayüllü Respublika Liseyin X sinif şagirdi Zaur Hacızadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdi Tariyel Babayev, Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin X sinif şagirdi Cabir Abbasov və Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin IX sinif şagirdi Zümrüd Ələkbərova bürünc medala layiq görülüb.
Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qaliblərimizlə görüşərək onları təbrik edib və uğurlar arzulayıb.