Təhsil 365 - Logo Mobile

Sən həmişə mənimləsən…Şəhid baş leytenant Vüsal Kazımovun doğum gününə elegiya…

4413.12.2024 - 09:00
Sən həmişə mənimləsən…Şəhid baş leytenant Vüsal Kazımovun doğum gününə elegiya…

Sən həmişə mənimləsən…Bu, nə nakam sevgi etirafıdır, nə də yazıçı İlyas Əfəndiyevin məşhur pyesinin adı. Bu bir şəhid atasının-filologiya elmləri doktoru, prof. Kamran Kazımovun 44 günlük Vətən müharibəsində, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan yeganə oğlu Vüsalla bağlı etdiyi gündəlik paylaşımların dəyişməyən başlığıdır.Yazını oxumamışdan, foto-şəkillər baxmamış belə qəlbin göynəyir, için sızıldayır başlığın ötürdüyü yanğılı həsrətdən, dəhşətli ağrıdan. Və bu ağrı o qədər keçicidir ki, nəinki həssas, hətta daş
ürəkləri belə acıda bilir...

...Yaşasaydı 34 yaşı tamam olcaqdı. Olmadı, fələk qoymadı. Alnına şəhid ölümü yazılıbmış. Ölüm tarixi ilə doğum tarixi bir-birinə çox yaxındır şəhid Vüsal Kazımovun. 29 noyabr anım, 17 dekabr doğum günüdür. 34 yaşını şəhidlik zirvəsində, Şuşa dağlarında balalarından nigaran pərişan ruhu ilə qeyd edir şəhid
baş leytenantımız. 2024-cü ilin dekabr ayında , ölümündən 4 il sonra şəhid atası ilə Lənkəran Dövlət Universitetinin şəhid məzunu ilə bağlı söhbətimiz elə payız havasının özü kimi həzin, kövrək notdadır. Bilirəm ki, Vüsalın doğum günü yaxınlaşdıqca onunla bağlı kövrək xatirələr də bir daha ata ürəyini sızladır, ağrıdır. Belə yerdə təsəlli üçün söz də tapmaq çətindir. Nə deyəsən, bu yaraya necə məlhəm olasan? Ən ağrılısı da budur ki, aradan 4 illik zaman fasiləsi keçsə də Kamran müəllim hələ də inana bilmir, öyrəşə bilmir oğlunun yoxluğuna.

Qəfil möcüzəyə ümid edir, ümid edir ki, bir axşam toranında qapı qəfildən döyüləcək, Vüsal həmişəki şux ovqatı, səs küyü ilə içəri keçəcək, gəlib süfrədəki yerini tutacaq, bütün ailənin gözünü yollardan birdəfəlik yığacaq. “Mən heç, cavan həyat yoldaşını, iki balasını, gözlərinin yaşı qurumayan anasını tək qoymaz, qoya bilməz, Vüsal belə
oğul deyil” deyir....
...Heç bilirsiniz şəhid atası ilə həmsöhbət olmaq, şəhid övladı ilə bağlı nəsə soruşmaq necə çətindir? Bu çətinliyi bildiyimdən həmişə kənar mövzulardan başlayıram. Nəvələrinin məktəb, bağça qayğıları, istəkləri ilə bağlı soruşuram. Bilirəm ki, bütün cavablar sonda gəlib Vüsala çıxacaq. “Nurayın məktəbə getdiyini görmədi, Aynur yeni doğulmuşdu, onu heç doyunca qucağına ala bilmədi. Bilmədim, iyi burnunda qaldı, ya yox. İş, təhsil, gündəlik qayğılar başımı elə qatdı ki, heç özüm də Vüsalımdan doya bilmədim. O mənim təkcə övladım deyildi, dostum idi, həmdəmim idi, sirdaşım idi, arxa-dayağım idi. İndi o yoxdur, elə bilirəm kürəyimdə dağ ağırlığı var, ürəyimdən daş asılıb. İllər keçdikçə bu ağrı azalmır, bu yaram köz tutmur”. Belə deyir şəhid atası. Mənsə heç nə demirəm, deyə bilmirəm, xəyalımdan şair Məmməd İsmayılın misraları keçir:
Açılan çiçəklər barında ölər,
Hörümçək hördüyü torunda ölər,
Alışan kösövlər qorunda ölər,
Ölsə, bal arısı balında ölər
Pərvanə işığın yolunda ölər, -
Oğul şəhid olar vətən yolunda...
Xatırladım ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə"
medalları ilə təltif edilib. Doğulduğu kənddə atasının təşəbbüsü və maddi yardımı ilə Şəhidlər xatirə parkı yaradılıb, çoxlu çiçəklər, ağaclar əkilib, oturacaqlar qoyulub. Şəhid valideynlərinin təsəlli yeridir bu park. Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynur indi 4, böyük qızı Nuray 9 yaşındadır... Qeyd edim ki, Vüsalın həyat yoldaşı Aysel Kazımova Lənkəran Dövlət Universitetinin “Xarici dillər” kafedrasının
müəllimidir. Aysel xanım Vüsalın şəhadətindən sonra magistraturaya daxil oldu, fərqlənmə diplomu ilə bitirdi. Bu il isə LDU-nun doktoranturasına daxil olub.


“Məqsədim ruhən də olsa Vüsalı uğurlarımla sevindirməkdir, dözümümlə ovundurmaqdır” deyir. Özü isə ovuna bilmir. Sosial şəbəkələrin birindəki bir paylaşımını heç cür unuda bilmirəm: “Getmisən, qayıtmaq yadından çıxıb” yazmışdı...İş yoldaşı olduğumuzdan hərdən söhbətləşirik Aysel xanımla. O gün zarafatla “Nə qədər taksilərə pul verəcəksən, maşının var, pravan var, niyə sürmürsən” dedim. Gözləri doldu. “Bir-iki dəfə sürdüm. Kamran müəllim (qaynatası) yanımda oturmuşdu, nəzarət edirdi. O qədər həyəcanlanırdı ki, mən özümü itirirdim. Bilirdim, iki qızıma görə qorxu hissi keçirir. Qorxur ki, birdən mənə nəsə olsa, uşaqların halı necə olar?” Üzünü çevirdi ki, gözlərinin dolduğunu görməyim. Ümumiyyətlə, universitetimizdə, rayonda keçirilən bütün tədbirlərdə Aysel xanım özünü çox təmkinli aparır, göz yaşlarını içinə axıdır ki, ağladığnı kimsə sezməsin.

Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun doğum gününə təbrik yox, elegiya yazmalı oldum. “Ölüm var ki, həyat qədər dəyərli”, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” amalı ilə:

Övlada ananın bətni vətəndi,
Duyduğu laylanın mətni vətəndi...
Əgər o vətənin düşməni varsa,
Bir mənin yerinə beş məni varsa
Oğul şəhid olar vətən yolunda...

Şəhidlik uca zirvədir, ölümlərin ən şərəflisidir...Amma həm də doğmalarını ömürlərinin sonunacan daima için –için sızladan əbədi ayrılıqdır...

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.

Elmina Muxtarlı

Xəbər Lenti

Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10
Lənkəran Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində 3 ulduz alıb17.07.2025 - 09:00
Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb17.07.2025 - 07:20