Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb.
YTP-dən “Tehsil365”ə bildirilib ki, bu memorandum, tədqiqatçılar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye tərəfdaşları arasında əlaqələri gücləndirərək texnologiyaların transferi, innovasiya və kommersiyalaşdırma sahələrində əməkdaşlıq çərçivəsini müəyyən edir.
Görüş zamanı tərəflər arasında Azərbaycanda innovasiya ekosistemini gücləndirmək üçün mümkün layihə təklifləri müzakirə olunub.
Sənədi YTP-nin baş direktoru Nihat Məcidov və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.