Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Rumıniyada keçirilmiş Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının (IJSO 2024) bürünc mükafatçısı olub.
Universitetdən “Tehsil365”ə verilən məlumata görə, olimpiadada milli komandamızın heyətində çıxış edən “Gənc istedadlar” liseyinin X sinif şagirdi Cabir Abbasov bürünc medala layiq görülüb. Altı nəfərdən ibarət milli komandamız olimpiadada uğurla çıxış edərək ümumilikdə 6 bürünc medal qazanıb.