15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları üçün yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddəti dəyişir.
Tehsil365 xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Hazırkı qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınır.
Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq.