“Oxumaq, öyrənmək və öyrətmək dinimizin əmirlərindəndir. Bir insan həm dinini həm də başqa elmləri öyrənməli və öyrətməlidir”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında İlahiyyatçı Cəmil Musayev deyib.
O qeyd edib ki, islam dini bir elm sahəsi kimi digər elmlərin öyrənilməsinə imkan verir.
“İslamda insanlara doğrunu öyrədən heç bir elmə qarşı çıxmaq yoxdur. Əsas odur ki, bizlər elmi doğru mənbələrdən öyrenek. İslam dinində istənilən elmi sahəyə yer verilir. Onu da qeyd edim ki, islam elimləri sadəcə dini sahə ilə bağlı olan elmlərİ deyil, Kimya, riyaziyya, coğrafya və s. İstənilən elmi sahə islamda önəmlidir.