Təhsil 365 - Logo Mobile

Zal nəzarətçisi sertifikatı üçün təlimlər davam edir

3116.12.2024 - 12:40
Zal nəzarətçisi sertifikatı üçün təlimlər davam edir

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin elektron qeydiyyatı 10 oktyabr 2024-cü il tarixində sona çatıb. Müraciətini təsdiq edən 2650 nəfərdən 2259 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2086 namizəddən 1709 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 185 nəfər qeyri-məqbulla qiymətləndirilib, 192 nəfər isə bu mərhələdə  iştirak etməyib. İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1597 namizəddən 1228 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 347 nəfər qeyri-məqbulla qiymətləndirilib, 22 nəfər isə bu mərhələdə  iştirak etməyib.

Bu barədə “Tehsil36”ə DİM-dən məlumat verilib.

İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər əyani vəsaitlərlə təmin edilir (zal nəzarətçisi təlimatı, normativ sənədlər və s) və müəyyən edilmiş qrafikə uyğun olaraq iki günlük təlimə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və növbəti mərhələlər üçün tələb olunan məbləği şəxsi kabinetinə əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir. Birinci təlimdə iştirak edən namizədlərin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən sonra elektron anketinə daxil olaraq ikinci təlim üçün vaxtı və günü seçirlər.

Birinci təlim günü: “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri, imtahana psixoloji hazırlıq və bu kimi bir sıra mövzuları əhatə edir.

“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi üçün vaxt seçimi edən 1181 namizəddən 887 nəfər artıq bu təlimdə iştirak etmişdir.

İkinci təlim günü: “İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” təlimi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan təlimçilər tərəfindən tədris planına uyğun olaraq 3 müxtəlif mövzuda keçirilir. DİM-in fəaliyyət istiqamətləri, imtahanlar, qəbul qaydaları, imtahanların təşkili və idarə edilməsi, məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və interaktiv təlimlər keçirilir, tapşırıqlar qoyulur, fikir mübadiləsi və sual-cavab formalı söhbətlər aparılır. Zal nəzarətçisinin fəaliyyətinin daha çox praktiki tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək halları və problemləri əhatə edən interaktiv treninqlər (nəzarətçi təlimatı və psixoloji stres - menecment təlimi) və praktiki məşğələ - sınaq imtahanı keçirilir.

“İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” təlimi üçün vaxt seçimi edən 848 namizəddən 396 nəfər artıq bu təlimdə iştirak etmişdir.

Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stres vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verirlər.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sual yaranarsa, [email protected]  poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları  ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Elmina Muxtarlı

Xəbər Lenti

Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00
Hesablama Palatası TTKF-nın fəaliyyətində nöqsanlar aşkar edib20.12.2024 - 18:40
Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ20.12.2024 - 18:20
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib20.12.2024 - 18:00
DİM-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib20.12.2024 - 17:40
RFO-da 85 qızıl medal qazanılıb - FOTO20.12.2024 - 17:20
Professora Prezidentin fərdi təqaüdü verilib20.12.2024 - 17:00
Yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib20.12.2024 - 16:40
MDU və Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı seminar keçirilib - FOTO20.12.2024 - 16:20
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək20.12.2024 - 16:00
380 mindən çox şagird üçün monitorinq keçirilib20.12.2024 - 15:40
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub20.12.2024 - 15:20
“Elmin populyarlaşdırılması” layihəsinin ilk tədbiri keçirilib - FOTO20.12.2024 - 15:00
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə GÖSTƏRİB20.12.2024 - 14:40
MDU ilə Düzce Universiteti arasında onlayn iclas keçirilib20.12.2024 - 14:20
70 şagirdin zəhərləndiyi məktəbdə dərslər BƏRPA EDİLDİ20.12.2024 - 14:00
TİF “Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbiri keçirilib20.12.2024 - 13:40
Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir20.12.2024 - 13:20
Qiyabi oxuyanlar təhsil kreditindən yararlana bilər? - RƏSMİ20.12.2024 - 13:00
Təhsil kreditlərindən daha çox qadınlar faydalanır20.12.2024 - 12:40
Nazirlikdən Yeni illə bağlı müraciət - Video20.12.2024 - 12:20
Xarici dil üzrə yazı işinə ayrılan vaxtdan test tapşırıqlarını cavablandırmaq üçün istifadə ermək olarmı?20.12.2024 - 12:00
Ən çox kredit rəsmiləşdirilmiş universitetlerin ADLARI20.12.2024 - 11:20
Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI20.12.2024 - 11:00
TTKF: Onlarla gənc işlə təmin edilib20.12.2024 - 10:40
2025-ci ildə magistratura səviyyəsinə qəbul imtahanının modelində hər hansı bir dəyişiklik olacaqmı?20.12.2024 - 10:20
Təhsil Tələbə Kredit Fondu 55 min tələbəni məlumatlandırıb20.12.2024 - 10:00
Bəhruz Əzimov: Tələbələrə 444 min manat dəyərində kredit bağışlanıb20.12.2024 - 09:40
Bu günə qədər 46 minə yaxın şəxs tələbə kreditindən YARARLANIB20.12.2024 - 09:20
BŞTİ: 2024-2025-ci tədris ilində 2 123 müəllim işə qəbul edilib20.12.2024 - 09:00
İmtahan üçün ötürücü qurğu satan şəxs həbs EDİLİB20.12.2024 - 08:40
Kollec və peşə təhsili alanlara da tələbə kartları VERİLƏCƏK20.12.2024 - 08:40
Faktiki hava açıqlanıb20.12.2024 - 08:20