"Növbəti ildə Qarabağ Universitetinə daha çox tələbə qəbulu həyata keçiriləcək".
Tehsil365 xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının 100 illik yubileyində qeyd edib.
"Belə ki, Qarabağ Universitetinə 2025-ci ildən 2 dəfədən çox tələbə qəbulunun həyata keçirilməsi planlaşdırılır".
Nazir əlavə edib ki, Qarabağ Universitetinin elmi nəşrlərinin həm sayı, həm də keyfiyyətinin artmasında bir neçə mühüm faktor rol oynayacaq:
"Bu sahədə, xüsusən Qarabağ Universitetinin Pedaqogika fakültəsinin və digər ali təhsil müəssisələrində pedaqogika üzrə fəaliyyət göstərən kafedraların işinin əhəmiyyəti böyükdür. Biz, həmçinin "Azərbaycan məktəbi" jurnalının nəşrlərində bu işlərin daha geniş şəkildə əks olunmasını arzulayırıq".