Təhsil 365 - Logo Mobile

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçirilib

3116.12.2024 - 13:40
“Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçirilib

Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Tehsil365 xəbər verir ki, tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə açılış nitqi ilə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan çıxış edib.

Ardınca jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 

Təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan məktəbi jurnalının 100 illik yubileyi münasibəti ilə təbrik edib.

Daha sonra Nobel mükafatçısı, professor, jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib. 

Tədbirdə iştirak edən pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin rektorunun məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Ənvər Abbasov, pedaqoji elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış ediblər.

Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illik münasibətilə  Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və "Təşəkkürnamə"si təqdim edilib.

 Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirəsi təşkil edilib. 

 “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın moderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktoru, jurnalın redaksiya heyətinin üzvü  Elnur Əliyev, “ADA” Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü Ülviyyə Mikayılova, pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü Könül Abaslı və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı, Dövlət Proqramı (University of Bath) məzunu Natəvan Qocayeva mövzu ətrafında fikirlər səsləndiriblər.

Elmina Muxtarlı

Xəbər Lenti

Bakıda məşhur klinikanın rəhbəri vəfat etdi13.01.2025 - 20:20
Unudulan 14 Yanvar: Azadlıq Hərəkatının Səssiz Qəhrəmanları13.01.2025 - 20:00
İngiltərədə süni intellektlə idarə olunan ilk sinif təqdim edilib13.01.2025 - 19:40
İş yerinin qarşılıqlı dəyişdirilməsi üçün 116 müəllim müraciət edib13.01.2025 - 19:20
Çində yeni qanun: ailələrin erkən təhsil üzrə maliyyə yükü azaldılacaq13.01.2025 - 19:00
Almaniyada inqilabi metodlar tətbiq edən məktəb mükafat qazandı13.01.2025 - 18:40
BANM dünyanın TOP universitetlərinin komandalarını üstələyib13.01.2025 - 18:20
“Bursalı Məhəmməd Tahir bin Rüfət. Türklərin ülum və fünuna xidmətləri” – yeni nəşr13.01.2025 - 18:00
BDU-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı kitab sərgisi təşkil olunub - FOTO13.01.2025 - 17:40
Beynəlxalq konfransın materiallarında Azərbaycan alimlərinin də məruzələri yer alıb13.01.2025 - 17:20
Tarix Muzeyinin “Naxçıvan rəsm əsərlərində” kataloqu nəşr olunub13.01.2025 - 17:00
Azərbaycan və Belarusun universitetləri arasında anlaşma memorandumu imzalanıb13.01.2025 - 16:40
Türkiyədə təqaüdlə təhsil imkanı13.01.2025 - 16:20
Sumqayıtda 16 yaşlı yeniyetməni avtomobil vurub13.01.2025 - 16:00
AMEA prezidenti yanında müşavirə keçirilib13.01.2025 - 15:40
Türk-monqol arxeoloqlarının yeni kəşfi: xaqanlıq dövrünə aid nadir yazılı abidə13.01.2025 - 15:20
Magistraturaya ərizə qəbulu başladı:13.01.2025 - 15:00
Ceyhunun ölümünə görə növbəti məhkəmə - Yeni detallar AÇIQLANDI13.01.2025 - 14:40
Rəsədxana: Geomaqnit qasırğası gözlənilmir13.01.2025 - 14:20
Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq13.01.2025 - 14:00
Bakalavrlar Azərbaycan Universitetinin Məsləhət Mərkəzinə müraciət edə bilərlər13.01.2025 - 13:40
UNEC “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub - FOTO13.01.2025 - 13:20
“Magistr” jurnalının 2-ci sayı dərc edilib13.01.2025 - 13:00
Bakı Dövlət Universitetinin sabiq prorektoru vəfat edib13.01.2025 - 12:40
Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq fənn olimpiadasında iştirak edir13.01.2025 - 12:20
DİM taksi və yük maşını sürücüləri üçün imtahan keçirəcək13.01.2025 - 12:00
Bu il 27 məktəbin təmir və tikintisinin başa çatdırılacaq13.01.2025 - 11:40
UFAZ-da Yaşıl kimya hakatonu keçirilib - FOTO13.01.2025 - 11:20
Türk professor Zəngəzur dəhlizi ilə bağlı kitab YAZDI13.01.2025 - 11:00
Bu universitetin mətbuat katibi vəzifəsindən getdi13.01.2025 - 10:40
Bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır13.01.2025 - 10:20
Sabah qar yağacaq13.01.2025 - 10:00
Goranboyda iki bacı tüstüdən zəhərlənib13.01.2025 - 09:40
UNEC-də keçirilən auditin nəticələrini açıqlanıb13.01.2025 - 09:20
Dövlət orqanlarına daxili müsahibə elan edilir13.01.2025 - 09:00
Nəzrin Mənsurlu ADA Universitetinin məzunu imiş13.01.2025 - 08:40
Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı ilə bağlı tədqiqatlar nəşr edilib13.01.2025 - 08:20
Fəlsəfə doktoru olmaq istəyənlərin nəzərinə13.01.2025 - 08:00
İmtahanlara cəlb edilən zal nəzarətçiləri üçün təlimlər keçirilir13.01.2025 - 07:40
Təhsilin İnkişafı Fondu auditor seçir13.01.2025 - 07:20
Azyaşlı qız 14 gün sonra komadan ayıldı13.01.2025 - 07:00
22 yaşlı gənc intihar edib13.01.2025 - 06:40
Suriyada yeni hökumət təhsili pulsuz etməyə hazırlaşır13.01.2025 - 06:20
Bu gün hava necə olacaq? - PROQNOZ13.01.2025 - 06:00
Bağırsaq xərçəngi riskini azaldan qida12.01.2025 - 17:55
Uşaq bağçalarında ingilis dilinin tədrisi qadağan edildi12.01.2025 - 17:25
Epilepsiyanın beyin sağlamlığını necə məhv etdiyi müəyyən olunub12.01.2025 - 16:50
UNEC-in ETSN əməkdaşları üçün keçdiyi sertifikat təlimləri uğurla yekunlaşdı12.01.2025 - 16:15