Təhsil 365 - Logo Mobile

Hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər

2016.12.2024 - 16:00
Hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Tehsil365 xəbər verir ki, Qanuna əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər.

Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək.

Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.

Daha bir dəyişikliklə Məhkəmə-Hüquq Şurasının hüquqlarının artırılması ilə bağlıdır.

Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.

Elmina Muxtarlı

Xəbər Lenti

Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00
Hesablama Palatası TTKF-nın fəaliyyətində nöqsanlar aşkar edib20.12.2024 - 18:40
Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ20.12.2024 - 18:20
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib20.12.2024 - 18:00
DİM-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib20.12.2024 - 17:40
RFO-da 85 qızıl medal qazanılıb - FOTO20.12.2024 - 17:20
Professora Prezidentin fərdi təqaüdü verilib20.12.2024 - 17:00
Yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib20.12.2024 - 16:40
MDU və Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı seminar keçirilib - FOTO20.12.2024 - 16:20
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək20.12.2024 - 16:00
380 mindən çox şagird üçün monitorinq keçirilib20.12.2024 - 15:40
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub20.12.2024 - 15:20
“Elmin populyarlaşdırılması” layihəsinin ilk tədbiri keçirilib - FOTO20.12.2024 - 15:00
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə GÖSTƏRİB20.12.2024 - 14:40
MDU ilə Düzce Universiteti arasında onlayn iclas keçirilib20.12.2024 - 14:20
70 şagirdin zəhərləndiyi məktəbdə dərslər BƏRPA EDİLDİ20.12.2024 - 14:00
TİF “Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbiri keçirilib20.12.2024 - 13:40
Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir20.12.2024 - 13:20
Qiyabi oxuyanlar təhsil kreditindən yararlana bilər? - RƏSMİ20.12.2024 - 13:00
Təhsil kreditlərindən daha çox qadınlar faydalanır20.12.2024 - 12:40
Nazirlikdən Yeni illə bağlı müraciət - Video20.12.2024 - 12:20
Xarici dil üzrə yazı işinə ayrılan vaxtdan test tapşırıqlarını cavablandırmaq üçün istifadə ermək olarmı?20.12.2024 - 12:00
Ən çox kredit rəsmiləşdirilmiş universitetlerin ADLARI20.12.2024 - 11:20
Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI20.12.2024 - 11:00
TTKF: Onlarla gənc işlə təmin edilib20.12.2024 - 10:40
2025-ci ildə magistratura səviyyəsinə qəbul imtahanının modelində hər hansı bir dəyişiklik olacaqmı?20.12.2024 - 10:20
Təhsil Tələbə Kredit Fondu 55 min tələbəni məlumatlandırıb20.12.2024 - 10:00
Bəhruz Əzimov: Tələbələrə 444 min manat dəyərində kredit bağışlanıb20.12.2024 - 09:40
Bu günə qədər 46 minə yaxın şəxs tələbə kreditindən YARARLANIB20.12.2024 - 09:20
BŞTİ: 2024-2025-ci tədris ilində 2 123 müəllim işə qəbul edilib20.12.2024 - 09:00
İmtahan üçün ötürücü qurğu satan şəxs həbs EDİLİB20.12.2024 - 08:40
Kollec və peşə təhsili alanlara da tələbə kartları VERİLƏCƏK20.12.2024 - 08:40
Faktiki hava açıqlanıb20.12.2024 - 08:20