21 dekabr 2024-cü il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrә) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.