Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və 2 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə 16.12.2024-cü il tarixdə Şəhid valideynləri, ailələri və qazilər üçün "Vətənim Azərbaycandır" adlı tədbir keçirilib.
Tehsil365 xəbər verir ki, tədbirdə Şəki-Zaqatala RMİ-nin rəhbərliyi, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə vətənpərvərlik mövzusunda milli musiqi nümunələri və Vətənə aid şeirlər səsləndirilib.
Daha sonra Şəhid anaları çıxış edərək övlad itkisi hər nə qədər çətin olsa da şəhidlik mərtəbəsinə yüksələn övladları ilə fəxr etdiklərini bildiriblər.
Tədbir çay süfrəsi ətrafında davam edib, sonda xatirə şəkli çəkilib.
Allah bütün şəhidlərə rəhmət etsin!