Təhsil 365 - Logo Mobile

Həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı olacaq

4017.12.2024 - 11:00
Həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı olacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin test imtahanı keçiriləcək.

DİM-dən, ”Tehsil365”ə bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il noyabrın 27-dən dekabrın 9-dək aparılıb və bu müddət ərzində 74 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 15:00-da başlanır. Saat 14:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 3 saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi".

İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı 60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 bal toplamalıdırlar.

Elmina Muxtarlı

Xəbər Lenti

Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib - FOTO07.04.2025 - 09:59
ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi konfransı keçirilib - FOTO07.04.2025 - 09:47
UNEC ilkə imza atdı - FOTO07.04.2025 - 09:35
BANM tələbələrinin hazırladığı elmi məqalə Özbəkistanda elmi jurnalda dərc olunub - FOTO07.04.2025 - 09:22
Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbul üçün müsahibə keçiriləcək07.04.2025 - 09:11
"Parla" təqaüdçüləri üçün xüsusi ingilis dili təlimləri təşkil olunur - FOTO07.04.2025 - 08:59
Biləsuvar Təhsil Kompleksi yeni tədris ili üçün şagird qəbulu elan edir07.04.2025 - 08:59
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edib07.04.2025 - 08:49
Gəncədə fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq07.04.2025 - 08:38
Tələbələr elektron siqaretlərin zərərləri barədə məlumatlandırılıb - FOTO07.04.2025 - 08:26
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyatın bitməsinə son 3 gün qalır07.04.2025 - 08:14
BANM-in komandası startap müsabiqəsinin qalibi olub07.04.2025 - 08:03
ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib - FOTO07.04.2025 - 07:53
Yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi müzakirə edilib07.04.2025 - 07:42
Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalı keçiriləcək07.04.2025 - 07:31
Bu gün səhnəmizin ilk balerinası Qəmər Almaszadənin anım günüdür07.04.2025 - 07:20
“Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat olub - FOTO07.04.2025 - 07:09
Uşaqların I sinfə qəbulu prosesi BAŞLAYIR07.04.2025 - 06:57
"Molla Nəsrəddin"in yarandığı gündür07.04.2025 - 06:45
DSX məktəbinin V sinfinə qəbul: Buraxılış vəsiqəsini çap edin 07.04.2025 - 06:34
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edildi07.04.2025 - 06:22
BSU-da inklüziv təhsilə dair praktik təlim keçirilib07.04.2025 - 06:10
Şəmkirdə güclü külək məktəbin dam örtüyünü aşırıb07.04.2025 - 05:57
Yusif Məmmədəliyevlə Şarl de Qollu birləşdirən nədir? - FOTO06.04.2025 - 16:10
Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür06.04.2025 - 12:13
DİM bir sıra imtahanlar keçirib06.04.2025 - 11:10
ATİAHİ-nin Göygöl Rayon Komitəsinin yeni SƏDRİ06.04.2025 - 08:29
11-ci sinif şagirdi vəfat etdi - FOTO06.04.2025 - 08:17
Tələbə dəm qazından öldü06.04.2025 - 07:47
Bu qida bakteriyaları yox edir - Alimlər açıqladı06.04.2025 - 07:26
Sümük itkisi ilə bağlı TƏDQİQAT06.04.2025 - 07:04
65 şagird zəhərlənib06.04.2025 - 06:35
Dövlət qulluğu ilə bağlı test imtahanları keçirilir06.04.2025 - 06:14
Bu gün DİM-in imtahanlarında 33 min 315 nəfərin iştirakı gözlənilir06.04.2025 - 05:50
Abdulla Şaiqin Mənzil-Muzeyində “Tıq-tıq xanımın qonaqları” adlı tədbir keçirilib05.04.2025 - 17:55
Vaqif Əsədovun doğum günüdür – Xalq artisti xatırlanır05.04.2025 - 16:10
Rektor Universitetlərarası Azərbaycan Çempionatının qalibləri ilə görüşüb05.04.2025 - 15:57
Məktəbliləri daşıyan mikroavtobus aşıb, 23 şagird xəsarət alıb05.04.2025 - 13:20
Naibə Allahverdiyevaya ağır itki05.04.2025 - 11:46
Konstitusiya və suverenlik haqqında yeni nəşr05.04.2025 - 11:12
LDU-da zona fənn olimpiadası keçirilib - FOTO,05.04.2025 - 10:35
Sabah dövlət qulluğu üzrə qəbul imtahanı keçiriləcək05.04.2025 - 10:17
Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?05.04.2025 - 09:59
BANM rektoru çempion komanda ilə görüşüb05.04.2025 - 09:44
Milli Xalça Muzeyində “Gələcəkdə nə geyinəcəyik?” sərgisi açılacaq05.04.2025 - 09:26
Aprelin 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə imtahan keçiriləcək05.04.2025 - 09:05
“Məktəbli könüllülərin yaz düşərgəsi” təşkil olunacaq05.04.2025 - 08:42
Asəf Zeynallının anadan olmasından 116 il ötür05.04.2025 - 08:29