Hazırda 5464 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Onlardan 3344 xüsusi məktəblərdə, 2220 nəfəri xüsusi internat məktəblərində xüsusi təhsilə cəlb olunub.
Bu barədə “Tehsil365”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri ümumi sayı 16-dır. O cümlədən xüsusi ümumtəhsil məktəbləri 7, internat tipli xüsusi ümumtəhsil məktəblərin sayı 9-dur.
Onlardan əqli (psixi) pozuntuları olanlar üçün - 7, görmə pozulmaları olanlar üçün- 2, eşitmə pozulmaları olanlar üçün - 2, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi- 1,nitq pozulmaları olanlar üçün- 2 və digər isə 2 ümumi təhsil müəssisələri var.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün xəstəliyin növləri üzrə xüsusi təhsil müəssisələri mövcuddur. Onlardan əqli (psixi) pozuntuları olanlar üçün- 3434, görmə pozulmaları olanlar üçün - 307, eşitmə pozulmaları olanlar üçün- 741, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi- 115, nitq pozulmaları olanlar üçün - 505 və digər isə 362 nəfər təhsil alır.
Bundan əlavə, ümumi təyinatlı və inteqrasiya təlimli təhsil müəssisələrində təşkil edilmiş siniflərdə təhsilalanlar 1620 nəfərdir.