Dövlət İmtahan Mərkəzi (DİM) “20 variant sınaq imtahanı” seriyasından ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun “Kimya” (I və IV ixtisas qrupları üzrə) kitabını nəşr edib.
Tehsil365 xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.