Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayevin “Bələdçi mikrotel ilə təchiz edilmiş damardaxili cihaz” adlı ixtirası Avropada “European Patent Office” tərəfindən patent alıb.
Bu barədə universitetdən “Tehsil365”ə məlumat verilib.
İxtira müəllif hüquqları qorunmaqla insult xəstələrinin beyin damarlarında aparılan əməliyyatların daha da tez icra olunması üçün istifadə olunacaq.