Təhsil 365 - Logo Mobile

Azərbaycan İlahiyyat İnstitutunda “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimatı keçirilib - FOTO

2318.12.2024 - 14:40
Azərbaycan İlahiyyat İnstitutunda “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimatı keçirilib - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında”  kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə Azərbaycan İlahiyyat İnstitutundan “Tehsil365”ə bildirilib.

Tədbiri giriş sözü ilə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov açıb. O, sözügedən kitabın nəşr olunmasının 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandallıq aktlarının, o cümlədən dağıdılmış, təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prorektor Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin yeni baxış bucağı və reallıqlar əsasında tədqiq edilməsinin tariximizin öyrənilməsi baxımından önəmliyni diqqətə çatdırıb.

Daha sonra kitabın müəllifi Elnur Mustafayev çıxış edib. Müəllif kitabın yazılması prosesi, tədqiaqt dövründə Şuşaya səfəri və orada gördükləri haqqında fikirlərini bölüşüb.

Təqdim olunan kitabın, ümumilikdə, Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyən şəxslərdə dolğun təsəvvür yaradacağını, aparılan tədqiqatın əsas nəticəsi, elmi-nəzəri əhəmiyyəti, eyni zamanda, araşdırmanın materialları, tarix, epiqrafika, filologiya, dinşünaslıq və ilahiyyat fənlərinin tədris olunduğu ali təhsil müəssisələrində mühazirə və seminarlar zamanı istifadə edilə biləcəyini söyləyib.

Məlumat üçün bildirək ki, kitabın elmi redaktoru və Ön sözün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.

Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

Əsərin I fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısınadək bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrə qısa şəkildə nəzər salınıb.

Əsərin II fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Spencer Wells, Türk Tarix Tezisi və "Genetic Odyssey"22.12.2024 - 12:55
Fənn olimpiadalarının rayon mərhələsində 2200-ə yaxın şagird iştirak edib22.12.2024 - 12:25
İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr endirib22.12.2024 - 11:50
Uşaqlar üçün tamaşa: “Yeni İl Sərgüzəştləri” anşlaqla keçdi - FOTO22.12.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb 22.12.2024 - 10:45
Türkiyəli mütəxəssislər Azərbaycan kitabxanalarına baş çəkiblər - FOTO22.12.2024 - 10:15
Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA22.12.2024 - 09:40
Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür22.12.2024 - 08:55
Daha bir ölkə "TikTok"u qadağan etmək istəyir22.12.2024 - 08:35
Bakıda gənc oğlanı avtomobil vurub, sürücü ərazidən yayınıb22.12.2024 - 07:50
Rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib22.12.2024 - 07:25
Oksford Universiteti qəbul tələblərini azaldır22.12.2024 - 06:55
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib22.12.2024 - 06:35
Bu günün hava PROQNOZU22.12.2024 - 06:00
Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00