Təhsil 365 - Logo Mobile

Bu universitet Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

1718.12.2024 - 17:40
Bu universitet Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.

Tehsil365 xəbər verir ki, müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər.

Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.

Təminat: 

• Təhsil haqqının tam ödənilməsi
• Aylıq təqaüd
• Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları

Müsabiqədə iştirak edə bilər:

• Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər)

Seçim turları:

• Riyaziyyat və məntiqdən onlayn test
• Oflayn müsahibə (Azərbaycan və rus dillərində)

Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025 

Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.

Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:

• Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti

• Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri

• Tibbi arayışın skan edilmiş surəti

• İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti

• Ərizə – anket

Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.

Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.

Elmina Muxtarlı

Xəbər Lenti

Spencer Wells, Türk Tarix Tezisi və "Genetic Odyssey"22.12.2024 - 12:55
Fənn olimpiadalarının rayon mərhələsində 2200-ə yaxın şagird iştirak edib22.12.2024 - 12:25
İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr endirib22.12.2024 - 11:50
Uşaqlar üçün tamaşa: “Yeni İl Sərgüzəştləri” anşlaqla keçdi - FOTO22.12.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb 22.12.2024 - 10:45
Türkiyəli mütəxəssislər Azərbaycan kitabxanalarına baş çəkiblər - FOTO22.12.2024 - 10:15
Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA22.12.2024 - 09:40
Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür22.12.2024 - 08:55
Daha bir ölkə "TikTok"u qadağan etmək istəyir22.12.2024 - 08:35
Bakıda gənc oğlanı avtomobil vurub, sürücü ərazidən yayınıb22.12.2024 - 07:50
Rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib22.12.2024 - 07:25
Oksford Universiteti qəbul tələblərini azaldır22.12.2024 - 06:55
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib22.12.2024 - 06:35
Bu günün hava PROQNOZU22.12.2024 - 06:00
Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00