Azərbaycan dili və ədəbiyyat müəllimi Simuzər Paşayeva daha bir şeirini bizimlə bölüşüb.
Tehsil365 xəbər portalı həmin şeiri təqdim edir.
“Zalım dünya”
Bu dünya elə bir zalım dünyadır,
Sevən sevdiyinə qovuşa bilmir.
Sevda atəşindən alışan qəlblər,
Bir ömür birlikdə yaşaya bilmir.
Bu dünya elə bir zalım dünyadır,
Hicranın mənasın dərk edə bilmir.
Döyünən ürəklə, ümidsiz qəlbin,
Hər zaman fərqini gizlədə bilmir.