Azərbaycanın rəqəmsal hökumət infrastrukturunda mövcud boşluqların müəyyən edilməsi, inkişaf üçün əsas strategiyalar və konkret tədbir planlarının hazırlanması məsələləri müzakirə edilib.
Tehsil365 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) istinadən xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının RİNN tərəfindən rəhbərliyi həyata keçirilən “Rəqəmsal Hökumətin İnkişafı” İşçi Qrupunun ilk iclasında baş tutub.
Bununla yanaşı, Azərbaycanın Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) reytinqini növbəti qiymətləndirmə dövrünə qədər əhəmiyyətli şəkildə yaxşılaşdırmaq məqsədilə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda EHİİ indikatorları istiqamətləri üzrə fəaliyyət planının layihəsi hazırlanaraq ilkin olaraq razılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınıb.