Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində orta məktəb üçün yeni bina tikilib, ancaq valideynlər deyirlər ki, sinif otaqları soyuq olur, bu səbəbdən uşaqları tez-tez xəstələnir.
Tehsil365 xəbər verir ki, verir ki, söhbət Sulutəpə qəsəbəsindəki 313 saylı tam orta məktəbdən gedir.
Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Yəni siniflərə istilik qısa müddətə verilir, daha sonra isə dayandırılır. Bu isə siniflərin tam isinməsi üçün kifayət etmir.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, 313 nömrəli tam orta məktəb fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir.
Məktəbdə istilik sistemi işlək vəziyyətdədir və fəaliyyəti aidiyyəti mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Qurumdan o da bildirilib ki, məktəbin istilik sistemində hər hansı texniki problem yarandıqda, qısa zamanda operativ həlli üçün zəruri işlər aparılır.