“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qiymətləndirmə mərhələsi yekunlaşıb.
Tehsil365 xəbər verir ki, tanınmış təhsil mütəxəssislərindən ibarət 8 nəfərlik münsiflər heyəti müasabiqənin şərtlərinə uyğun təqdim olunan 267 müəllimin 269 essesini qiymətləndirib.
Qalib namizədlər 19 dekabr tarixində keçiriləcək münsiflərin son iclasında TOP20 esse arasından müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq.
Mükafatlandırma mərasiminin 23 dekabr tarixində “Ədibin Evi”ndə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir.