Təhsil 365 - Logo Mobile

AzMİU-da Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzusunda MÜZAKİRƏ - FOTO

2119.12.2024 - 14:00
AzMİU-da Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzusunda MÜZAKİRƏ - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Qazi Universiteti ilə birgə "Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” üzrə beynəlxalq konfrans (ICETEA 2024) öz işinə başlayıb. AzMİU və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 3 gün davam edəcək.

Tehsil365 xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyi və 6 plenar çıxışın olduğu konfransda ətraf mühitin sağlamlaşdırılması, bərpa olunan enerji mənbələrinin istifadəsi və Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzuları müzakirə olunacaq.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iştirakçılara müraciət edərək ekoloji tarazlığın qorunması və davamlı inkişafın vacibliyi məsələlərini vurğuladı. O, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının dünya miqyasında təqdir edildiyini və bu cür tədbirlərin elmi mühitin inkişafına töhfə verdiyini qeyd etdi.

Konfransda dünya şöhrətli alimlərimiz - nüfuzlu Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev və nanotexnologiya üzrə Avropa və Türkiyə elmi arenalarında böyük nüfuza malik professor Əmirulla Məmmədov araşdırmalarını təqdim edərək tədbirin elmi mühitə olan töhfəsini daha da artırdılar. Professor Məsud Əfəndiyev dinamik sistemlər üzrə araşdırmalarını, professor Əmirulla Məmmədov isə optika, fotonika və nanofotonika sahələrindəki ən son nailiyyətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın digər çıxışçıları da müxtəlif sahələrdə qabaqcıl tədqiqatları ilə auditoriyanı məlumatlandırıblar. İspaniyadan olan Javier Bilbao “Elektrik enerjisi tələbinin öyrənilməsində maşın öyrənmə metodlarından istifadə” mövzusunda təqdimat edərək enerji səmərəliliyini artırmaq üçün texnoloji yanaşmaları müzakirə etdi. Türkiyənin Gazi Universitetindən olan professor Oğuzhan Yılmaz “3D çap və sensor əsaslı nəzarət və avtomatlaşdırma” üzrə məruzəsində bu sahədəki inkişafları və tətbiqləri izah etdi. Eyni zamanda, Türkiyədən başqa bir təmsilçi professor Müslüm Cengiz Taplamacioglu “Yenilənə bilən enerji sahəsində yeni nəsil texnologiyalar” mövzusunda çıxış etdi, bu texnologiyaların ətraf mühitə təsirini və perspektivlərini diqqətə çatdırdı.

AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Binalarda enerji səmərəliliyi və ətraf mühit” mövzusunda çıxış edərək, yerli tikinti sektorunda yaşıl texnologiyaların tətbiqi və enerji effektivliyinin artırılması istiqamətindəki yeniliklərdən danışdı.

Çıxışlardan sonra iştirakçılar qarşılıqlı maraq doğuran sahələrdə birgə tədqiqatlar və innovativ layihələr üzrə əməkdaşlıq etmək niyyətlərini ifadə etdilər.

Bununla ICETEA 2024  Azərbaycan üçün ekoloji və enerji texnologiyaları sahəsində beynəlxalq miqyasda müsbət nüfuz qazanmaq və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə atdığı addımları bir daha təbliğ etmək baxımından əhəmiyyətli bir platforma oldu.

Bu cür tədbirlər Azərbaycanın elmi və ekoloji siyasətinin inkişafına və beynəlxalq əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verir. Konfrans, eyni zamanda ölkəmizin yaşıl keçid siyasətinin və ekoloji cəhətdən davamlı layihələrin gələcək inkişafını təmin etmək üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Elmina Muxtarlı

Xəbər Lenti

Spencer Wells, Türk Tarix Tezisi və "Genetic Odyssey"22.12.2024 - 12:55
Fənn olimpiadalarının rayon mərhələsində 2200-ə yaxın şagird iştirak edib22.12.2024 - 12:25
İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr endirib22.12.2024 - 11:50
Uşaqlar üçün tamaşa: “Yeni İl Sərgüzəştləri” anşlaqla keçdi - FOTO22.12.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb 22.12.2024 - 10:45
Türkiyəli mütəxəssislər Azərbaycan kitabxanalarına baş çəkiblər - FOTO22.12.2024 - 10:15
Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA22.12.2024 - 09:40
Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür22.12.2024 - 08:55
Daha bir ölkə "TikTok"u qadağan etmək istəyir22.12.2024 - 08:35
Bakıda gənc oğlanı avtomobil vurub, sürücü ərazidən yayınıb22.12.2024 - 07:50
Rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib22.12.2024 - 07:25
Oksford Universiteti qəbul tələblərini azaldır22.12.2024 - 06:55
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib22.12.2024 - 06:35
Bu günün hava PROQNOZU22.12.2024 - 06:00
Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00