Bakı üzrə 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub.
Bu barədə “Tehsil365”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət məktəbdən kənarda qalmış şəxslər üçündür. Bu, onların fərdi qaydada təhsil almalarına şərait yaradır.