Azərbaycan dili və ədəbiyyat müəllimi Simuzər Paşayeva daha bir şeirini bizimlə bölüşüb.
Tehsil365 xəbər portalı həmin şeiri təqdim edir.
“Sevgi nağılı”
Bir sevgi nağılı yaşandı bitdi,
Bütün arzularım onunla getdi.
Bu sevgi elə bir sevgi oldu ki,
Ömürlük qəlbimə imzasın çəkdi.
Bir sevgi nağılı yaşandı bitdi,
Gülən gözlərimdə sevincim itdi.
Sevinclə xəyallar qurduğum anda,
Qurduğum xəyalı yerlə bir etdi.