Təhsil 365 - Logo Mobile

DİM-də kitab təqdimatı keçirilib

3919.12.2024 - 16:00
DİM-də kitab təqdimatı keçirilib

DİM-də psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib.

Tehsil365 xəbər verir ki, 19 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində psixologiya elmləri üzrə fəlsəfə doktoru Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil müəssisələrinin direktorları, görkəmli elm və təhsil işçiləri iştirak ediblər.
Təqdimatdan öncə qonaqlar Dövlət İmtahan Mərkəzinin elmi-metodiki nəşrləri və xidmətləri ilə bağlı sərgiyə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllif haqqında – onun müasir təlim və tədris prosesində yeniliklərin təşəbbüsçüsü kimi təhsil sahəsində xidmətləri barədə müsbət fikirlərini söyləyib, onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rolu, peşəkar, faydalı bilik və bacarıqlara yiyələnən, rəqabətə davamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.
M.Abbaszadə həmçinin Dövlət İmtahan Mərkəzinin yeni “Gənc psixometrik” təcrübə proqramı haqqında məlumat verib. Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib. DİM-in könüllülər proqramı ilə bağlı da danışan sədr gənclərin layihəyə böyük maraq göstərdiyini və dörd mindən artıq şəxsin qeydiyyatdan keçdiyini vurğulayıb.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri psixologiya üzrə fəlsəfə doktoru professor Rəna İbrahimbəyova müəllifi təbrik edib və kitabın gələcəkdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyət malik ola biləcəyini vurğulayıb.
Ardınca müəllif Zülfiyyə Veysova təqdim etdiyi kitabın yazılma tarixi, məqsədləri, uzunmüddətli araşdırma və tədqiqatların aparılması əsasında yaradılmış müəllimlər üçün məqsədəuyğun, səmərəli və  faydalı alətin hazırlanması haqqında geniş məlumat verib.
Müəllif və müzakirələrdə çıxış edən mütəxəssislər bu kitabın müxtəlif koqnitiv proseslərin  formalaşmasına yönəldilmiş tapşırıqların hazırlanmasında müəllim və metodistlərə, təlim standartları, kurikulum, tədris vəsaiti və dərslikləri yazan müəlliflərə, qiymətləndirmə üzrə təhsil ekspertlərinə kömək edə biləcək alət kimi faydalı olduğunu vurğulayıblar.
Digər çıxışçılar – görkəmli pedaqoqlar Ənvər Abbasov və Hikmət Əlizadə də kitabın əhəmiyyəti haqqında müsbət fikirlərini bildiriblər. Təqdim olunan “Tapşırıq halqaları” alətindən istifadə nəticəsində şagirdlərin təlim prosesinin gedişatını daha asan başa düşmələri, habelə təlim tapşırıqları  və gözlənilən təlim nəticələrinin hazırlanmasını daha da asanlaşdıran bir vəsait olduğunu qeyd ediblər. Tədbirin sonunda kitab haqqında müzakirələr davam etdirilib və gələn qonaqlar təqdimat  münasibətilə müəllifi təbrik etməklə xoş sözlər söyləyiblər.

Elmina Muxtarlı

Xəbər Lenti

Bakıda azyaşlı qəyyumları tərəfindən zorakılığa məruz qalıb02.09.2025 - 19:17
Masallı təhsil darəsində idarəçilikdə yeni yanaşmalar02.09.2025 - 19:15
Goranboyda qəzada xəsarət alan 12 yaşlı məktəbli öldü02.09.2025 - 19:13
Naxçıvanda orta məktəb müəllimi keçmiş arvadının qollarını doğradı02.09.2025 - 19:10
Toya hazırlaşan gənc məktəbli qızı vuraraq öldürdü02.09.2025 - 19:07
Simulyasiya nəzəriyyəsi: həyatın həqiqiliyi sualları02.09.2025 - 19:00
Xaçmaz rayonunda nərd üzrə turnir keçirilib02.09.2025 - 18:50
Vikinqlərin Avropada təsir dairəsi02.09.2025 - 18:45
Olimpiya oyunları: qədim Yunan idmanının sirrləri02.09.2025 - 18:30
Dünyanı dəyişdirən qadınlar: Kleopatra, Janna Dark, Rosa Parks02.09.2025 - 18:15
Kibersosialogiya – rəqəmsal cəmiyyətin tədqiqi02.09.2025 - 18:00
Dövlət İmtahan Mərkəzi 2025-ci ilin avqust ayında göstərilən xidmətlərlə bağlı statistik məlumatları açıqlayıb02.09.2025 - 17:49
Tarixi memarlıq möcüzələri: Kolizey, Machu Picchu, Petra02.09.2025 - 17:45
ADA Universitetinə qəbulun III ixtisas qrupu üzrə keçid balları 02.09.2025 - 17:39
Absurdizm və müasir həyat: həyatın mənasızlığı ilə necə yaşamaq olar?02.09.2025 - 17:30
Qarabağ Universitetinin III qrup üzrə keçid balları02.09.2025 - 17:26
Qədim universitetlərin mirası: Nalanda, Bolonya və Əndəlus02.09.2025 - 17:15
Göyçayda “Fırçanın sirdaşı və ya bir rəssam ömrü” adlı rəsm sərgisi keçirilib02.09.2025 - 17:10
Kreativ yazı və hekayə yazma bacarıqlarının tələbələrin inkişafında rolu02.09.2025 - 17:00
Determinizm: keçmişə müdaxilə mümkündürmü?02.09.2025 - 17:00
Məmmədhüseyn Şəhriyar-"Heydərbabaya salam"02.09.2025 - 16:51
Mentor dəstəyinin tələbələrin akademik və şəxsi uğur qazanmasında rolu02.09.2025 - 16:48
Əkrəm Həsənov: “Azərbaycanda jurnalistikanın əsas problemi qanunda deyil, maliyyələşmədədir”02.09.2025 - 16:44
Yeni peşələr və gələcəkdə tələb olunacaq bacarıqlar 02.09.2025 - 16:43
Kamran Zeynalov Serbiyada Qran-Pri turnirinin qalibi oldu02.09.2025 - 16:39
Tələbələr üçün layihə əsaslı təhsil proqramları necə uğura aparır?02.09.2025 - 16:36
Məktəblilərin dünyagörüşünü inkişafı:teatr tamaşaları02.09.2025 - 16:30
ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub02.09.2025 - 16:27
Süleyman Rüstəm-"Təbrizim"02.09.2025 - 16:25
Region məktəblərində təhsil: problemlər və həll yolları barədə – MÜSAHİBƏ02.09.2025 - 16:20
Milli musiqi gənclərin maraq dairəsində necə yer tutur?02.09.2025 - 16:14
Zəlimxan Yaqub-"Bu dünyanın hər üzünü görmüşəm"02.09.2025 - 16:00
Kolleclərə qəbul üçün ixtisas seçimi bu gün başa çatır02.09.2025 - 15:57
Gənclərin seçdiyi peşələr əmək bazarının tələblərinə cavab verirmi?02.09.2025 - 15:55
Psixoloq: "dini təhsil gənclərin əxlaqi qərarlarında yol göstərir" 02.09.2025 - 15:49
Fikrət Sadıq – Şair, ssenarist və kino redaktoru02.09.2025 - 15:45
Gənclərdə ekoloji şüurun formalaşdırılması əhəmiyyət kəsb edir02.09.2025 - 15:40
Brandon Ambrosino yeni kitabında Allahın iradəsini və insan faciələrini araşdırır02.09.2025 - 15:39
Pedaqoji ixtisasların plan yerlərinin 36 faizi ADPU-nun payına düşür02.09.2025 - 15:36
Şəhərdə velosiped istifadəsinin insan sağlamlığı və ekoloji mühit üçün faydaları02.09.2025 - 15:30
Gənclərin könüllü fəaliyyətlərə marağı artırmı? 02.09.2025 - 15:28
Abdulla Şaiq-"Quzu"02.09.2025 - 15:24
Bakalavriat və orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin son günüdür02.09.2025 - 15:20
Tələbələr üçün kirayə mənzil tapmaqda çətinliklər və mümkün həll yolları02.09.2025 - 15:19
Dini təhsil gənclərin əxlaqi dilemmaları həll etməsinə necə təsir edir?02.09.2025 - 15:16
Universitet tələbələrində tənhalıq probleminin səbəbləri və həll yolları02.09.2025 - 15:07
Fikrət Qoca-"Sənsən"02.09.2025 - 15:00
Yeniyetmələrdə aqressiyanın əsas səbəbləri və qarşısının alınması yolları02.09.2025 - 14:53