Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə nəticəsində xəstəxanaya yerləşdirilən 71 nəfərə lazımi tibbi yardımlar göstərilib və onlar daha sonra evlərinə buraxılıblar.
Tehsil365 xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, baş verən hadisə və hadisə nəticəsində zərər çəkən şəxslərin səhhəti Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin nəzarətində saxlanılır.
***
Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə pelet sobanın tüstüləməsi nəticəsində zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilən 71 nəfərin hər biri evə buraxılıb.
Tehsil365 xəbər verir ki, bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olanlar həkim nəzarətində qaldıqdan və lazımi tibbi yardımlar göstərildikdən sonra evlərinə buraxılıblar.