"2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533 vakansiya təqdim olunub".
Bu barədə “Tehsil365"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda deyilib.
Bildirilib ki, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib:
"Bunlardan 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, həmçinin təqvim ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 562 ixtisaslı kadr dəvət edilib. 185 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi nəticəsində işə qəbul olunub.