"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir".
Tehsil365 xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondun sədri v.m.i.e. Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair media brifinqində qeyd edib.
Bildirilib ki, TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşmişdir:
"Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülmüşdür. Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyətinin olmadığı, hətta 23 ailədə valideyn və övladlarla da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, ümumilikdə 2318 nəfərin tələbə adı qazanaraq TTK götürüb".