"Hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlər keçirilib və bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxs iştirak edib".
Tehsil365 xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondun sədri v.m.i.e. Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair media brifinqində qeyd edib.
"Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığını, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd olunmuşdur".