“2025-ci ildə magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanında 2024-cü ildə tətbiq olunmuş imtahan modelində dəyişikliyin edilməsi nəzərdə tutulmamışdır.”
Bu barədə “Təhsil365” in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilibki,
“imtahan fənlərindən məntiqi təfəkkürü yoxlayan test tapşırıqlarının sayı 50 (45 qapalı va 5 açıq tipli), informatika üzrə 25 (20 qapalı va 5 açıq tipli), xarici dil üzrə 20 (18 qapalı və 2 açıq tipli) olacaqdır. Ötən imtahanda olduğu kimi, xarici dil üzrə bakalavrlara esse yazmaq üçün mövzular təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılmasına 3 saat, esseni yerinə yetirmək üçün isa 30 dəqiqə vaxt verilir.