"3 il ərzində tələbələ və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunub həmçinin, onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərilib".
Tehsil365 xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondun sədri v.m.i.e. Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair media brifinqində qeyd edib.
O bildirib ki, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunub:
"Məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələri qurulub və 30-dan çox müəssisə ilə Anlaşma Memordumlarının imzalanıb. Beləliklə, 1000-dən çox tələbənin təlimlərə cəlb olunmaqla 600-dan çox tələbə və məzunun isə təcrübə proqramlarından yararlanıb".