Üç il ərzində ən çox kredit rəsmiləşdirilmiş universitetlerin adları açıqlanıb.
Tehsil365 xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. (müvəqqəti icra edən) Bəhruz Əzimov Fondun 3 illik fəaliyyətinə dair keçirilən media brifinqdə deyib.
"Siyahıda ilk onluqda İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Texniki Universitet, Bakı Dövlət Universiteti, Koorperasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Baki Biznes Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Mingəcevir Dövlət Universiteti və Odlar yurdu Universiteti yer tutur", - deyə o bildirib.