"Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir".
Tehsil365 xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. (müvəqqəti icra edən) Bəhruz Əzimov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Təkrar bakalavr təhsili almaq istəyən tələbələr ikinci dəfə bu imkandan yararlana bilməz", - deyə o bildirib.