14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Bu barədə “Tehsil365"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, 2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 14 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Belə ki, 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmli, 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəyli, 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədli, 299 nömrəli məktəb-liseyin şagirdi Nərmin Ağazadə, 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli tam orta məktəbin şagirdləri Jalə Xasıyeva və İlkin Əliyev, 329 nömrəli tam orta məktəbin şagirdi Ülkər Mirzəli, 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova, 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmli, “Ankara məktəbi” məktəb-liseyin şagirdi Məhəmməd Əliyev 300 bal toplayıblar.