Tovuz rayonunun Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbindəki zəhərlənmədə zərərçəkənlərin bəzilərinin vəziyyəti pisləşib.
Tehsil365 xəbər verir ki, hadisə nəticəsində üç övladı zəhərlənən ata Cavid Hacıyev Baku TV-yə açıqlama verib.
Onun sözlərinə görə, digər iki övladının vəziyyətində pisləşmə olmayıb, lakin ortancıl qızına sistem köçürüldükdən sonra kəskin sancılar başlayıb:
"Sifəti ağardı, əlləri buza döndü. Dərhal təcili tibbi yardıma müraciət etdik, gəlib ağrıkəsici iynə vurdular, daha sonra xəstəxanaya gətirdik".