Dekabrın 20-də Azərbaycana səfəri çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Bu barədə “Tehsil365”ə ADNSU-dan bildirilib. Rektor əvəzi, dosent Vazeh Əskərovla görüşən professor Hasan Uslu bir neçə gün öncə Türkiyədə - Niğde Ömer Halisdemir Universitetində tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumundan söz açıb. O, qarşıdakı illərdə birlikdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Qonaqlar ADNSU-da olarkən tarix muzeyinə, kitabxanaya, laboratoriyalara və auditoriyalara baş çəkiblər, tədris və təhsil üçün yaradılan şəraitlə tanış olublar.