ABŞ-da universitet və kolleclər beynəlxalq tələbələri yeni prezident seçilmiş Donald Trampın andiçmə mərasiminə qədər kampuslara geri qayıtmağa çağırıb.
Tehsil365 AZƏRTAC-a istinadən xəbər verir ki, təhsil müəssisələri Trampın birinci administrasiyası dövründə etdiyi kimi indi də ABŞ-a səfər qadağaları irəli sürəcəyindən narahat olduqları üçün bu addımı atıblar. Çağırışa qoşulan universitet və kolleclərin sayı hər gün artır.
Bəzi müəssisələrdə yaz semestri Tramp vəzifəyə gəlməzdə əvvəl başlayır. Lakin ABŞ-da qalmaq imkanı akademik vizadan asılı olan hər kəsin riskləri azaltmaq üçün yanvarın 20-dək ABŞ-a qayıtmaları tövsiyə edilib.