UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbininin (ISE) direktoru dosent İnarə Rzayeva və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Söhrab İsayev Litva Respublikasında işgüzar səfərdədilər.
“Tehsil365"ə universitetdən bildirilib ki, səfər zamanı Litvanın Mykolas Romeris Universitetində (MRU) və Panevezio kollecində qonaq olublar.
UNEC-in nümayəndə heyəti MRU-nun Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Audra Dargyte, İctimai idarəetmə və biznes fakültəsinin direktoru prof. Danguole Jankauskiene, dekan müavini prof. İrmantas Rotomskis, MBA proqramının direktoru dos.Lidija Kraujaliene ilə görüş zamanı UNEC haqqında geniş məlumat veriblər, universitetlərarası birgə magistr və bakalavr proqramları, tələbə və müəllim heyətinin mübadiləsi, ERASMUS proqramları haqqında, yay məktəbinin təşkili və digər məsələlər barədə müzakirələr aparıblar.
Xüsusi olaraq UNEC və Mykolas Romeris Universiteti ilə hazırda mövcud olan “Master” proqramı müzakirə edilib və bu kimi proqramın bakalavr səviyyəsində qurulması haqqında ilkin müzakirələr aparılıb. MRU-nun professorları UNEC-in professorları ilə birgə məqalələrin yazılmasına maraqlı olduğunu qeyd ediblər. Görüş zamanı MRU-nun MBA proqramının direktoru Lidija Kraujaliene yaz semestri zamanı UNEC-ə gələcəyini qeyd edib.
UNEC-in nümayəndə heyəti növbəti Panevezio Kollecinə səfər ediblər. Kollecin direktoru Dr. Gediminas Sargunas, direktor müavini Jurgita Lieponiene və diqər əməkdaşlarlarla görüş keçirilib. UNEC-in əməkdaşları universitet haqqında ətraflı məlumat verərək, birgə əməkdaşlıq aparılmasının vacibliyini xüsusi vurğulayıblar