Təhsil 365 - Logo Mobile

“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndiriləcək

3015.08.2023 - 05:40
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndiriləcək

Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bu barədə "Təhsil365"ə DİM-dən bildirilib. Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları və rayon təhsil sektorlarının əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Bölgələrdə rayon təhsil sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə DİM-in saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 16-dan 18-dək aparılacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

BMU-da 2025–2026-cı tədris ilində “Data analitikası” ixtisası üzrə qəbul başlayır01.07.2025 - 13:10
NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35