Təhsil 365 - Logo Mobile

Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib

3123.12.2024 - 15:40
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib

Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumu keçirilib.

Tehsil365 xəbər verir ki, forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMIN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatı keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. 

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin sözlərinə görə, dünya ölkələrində gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyinin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz növbəsində bildirib ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğrafiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. 

Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov dini maarifləndirmənin vacib məsələlərdən olduğunu qeyd edib. Nazir müavininin sözlərinə görə, həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir. Firudin Qurbanov təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. Bildirilib ki, məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür. 

Forum işini panel iclaslarla davam etdirib.

“Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsındə din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar”, “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularında təşkil edilən panel iclaslarda çıxış edənlər öz mülahizələrini bölüşüblər.

Tədbirin sonunda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyıb.

Tədbir çərçivəsində, həmçinin “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdirilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ08.04.2025 - 18:45
Rektor: Startapları dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq08.04.2025 - 18:34
Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur08.04.2025 - 18:22
DİM valideynlərə müraciət etdi: Aldanmayın!08.04.2025 - 18:07
Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb08.04.2025 - 17:52
Sabah hava bu insanlarda narahatlıq yaradacaq08.04.2025 - 17:39
Suqovuşan və Sarıcalı kəndlərinin məktəblərində tədris prosesinə başlanılıb - FOTO08.04.2025 - 17:26
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb08.04.2025 - 17:14
Cavab əvəzinə öz nömrəsini yazdı 08.04.2025 - 16:57
Mikroavtobus 20 yaşlı gənci vurdu08.04.2025 - 16:46
Uşaq bağçasında intihar08.04.2025 - 16:33
Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib - FOTO08.04.2025 - 16:21
Asiya İnkişaf Bankının nümayəndələri Coğrafiya İnstitutunda olublar - FOTO08.04.2025 - 16:10
BSU-nun rektoru Albaniya Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb - FOTO08.04.2025 - 15:59
Pedaqoji Universitetin tələbələri üçün “Karyera forumu” layihəsinə start verilib - FOTO08.04.2025 - 15:47
BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”nin ikinci günü: Sağlamlıq və rifah - FOTO08.04.2025 - 15:35
ADPU-da magistrantların VIII Respublika elmi konfransına başlanılıb08.04.2025 - 15:22
İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub08.04.2025 - 15:10
BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO08.04.2025 - 14:53
BMU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib - FOTO08.04.2025 - 14:42
bp daha bir beynəlxalq təhsil resursunu Azərbaycana gətirib08.04.2025 - 14:31
UNEC-də Elm Festivalı keçirilib08.04.2025 - 14:20
Akademiya prezidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir08.04.2025 - 14:10
BANM-ın 10 tələbəsi “Brend tələbə” seçilib - FOTO08.04.2025 - 13:59
Kimyaçı alimlərin multidisiplinar tədqiqatlar aparıblar - FOTO08.04.2025 - 13:48
“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib08.04.2025 - 13:36
“Yaşıl turizm: ətraf mühit və biz” - seminar 08.04.2025 - 13:24
Media nümayəndələri imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə ediblər - FOTO08.04.2025 - 13:12
Tarix Muzeyinin əməkdaşlarının məruzələri Özbəkistanda nəşr edilib08.04.2025 - 12:56
“Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” monoqrafiyası nəşr olunub08.04.2025 - 12:44
AzTU-da “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib - FOTO08.04.2025 - 12:33
Sektor müdiri: Dövlət İmtahan Mərkəzinin məlumat bazaları yüksək təhlükəsizlik tədbirləri ilə qorunur08.04.2025 - 12:21
Qərbi Azərbaycan folkloru ilə bağlı araşdırmalar davam edir08.04.2025 - 12:10
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 11:57
BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib08.04.2025 - 11:45
Emin Əmrullayev: “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq08.04.2025 - 11:33
Nazir: Pedaqoji Universitetə qəbul olunan tələbələrin bal göstəriciləri artıb08.04.2025 - 11:22
IX sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqları ilə bağlı statistika açıqlanıb08.04.2025 - 11:10
Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq08.04.2025 - 10:51
Vəfadar Misirov: Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib08.04.2025 - 10:39
İsa Həbibbəyli: Elm cəmiyyətin ümumi dəyərinə çevrilməlidir08.04.2025 - 10:27
BANM MBA mərkəzi Azərbaycan dilində də tədrisə başlayır08.04.2025 - 10:16
Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti məktəblilərlə görüşüb - FOTO08.04.2025 - 10:05
Füzuli və Ağdamda yeni məktəb və bağça TİKİLİR08.04.2025 - 09:54
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir - NAZİR08.04.2025 - 09:43
AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb - FOTO08.04.2025 - 09:32
Qarabağ Universitetində yeni fakültə YARADILIR08.04.2025 - 09:20
I sinfə qəbul: Müraciət qaydası və tələb olunan SƏNƏDLƏR08.04.2025 - 09:09