Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeliyində olan təhsil müəssisələrinə 140 nəfər müxtəlif vəzifələrə işə təyin edilib
Bu barədə “Tehsil365”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 3 nəfər psixoloq, 33 nəfər laborant, 5 nəfər kitabxanaçı və kitabxana müdiri, 2 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 17 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 6 nəfər təsərrüfat işləri üzrə direktor müavini 2024-cü il ərzində ərzində işə təyin edilib.