24 dekabr tarixi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Belə ki, dövlət başçısının 63 yaşı tamam olur.
Bir neçə gündür ki, həm Azərbaycandan, həm də ölkə xaricindən Prezident İlham Əliyevə təbrik mesajları ünvanlanır. Bu mesajlarda İlham Əliyevə Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətdə yeni-yeni nailiyyətlər arzu edilir.
Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələri də Azərbaycan Respublikasının Prezidentini təbrik ediblər.
Tehsil365 xəbər verir ki, tələbələr öz təbriklərini dövlət başçısına Modern.az saytı vasitəsilə ünvanlayıblar.
Aygül Abdurahmanlı:
“Hörmətli Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev, Sizi doğüm gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Azərbaycan xalqına bəxş etdiyiniz tarixi zəfər, Qarabağın işğaldan azad edilməsi və “Böyük Qayıdış” prosesinin həyata keçirilməsi hər birimiz üçün qürur mənbəyidir. Bu gün mən Qarabağda, azad və yenidən qurulan vətən torpağında təhsil almaq şansı qazanmış gənc kimi Sizin liderliyinizin nəticələrini öz həyatımda hiss edirəm. Müdrik siyasətiniz və əzminiz biz gənclərə böyük ümidlər bəxş edir. Sizə can sağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm. Doğum gününüz mübarək olsun, cənab Prezident!”.
Aygün Hüseynova:
“Hörmətli cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Uzaqgörən siyasətiniz, ölkəmizin inkişafı və tərəqqisi üçün göstərdiyiniz yorulmaz fəaliyyət hər bir Azərbaycan vətəndaşının qəlbində dərin hörmət və minnətdarlıq hissi yaradır. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xalqımızın rifahı naminə uğurlu fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Həyatınız hər zaman uğurlar və qələbələrlə dolu olsun!”.
Ayşə Şərifli:
“Cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu xüsusi gündə sizə ən xoş diləklərimi çatdırmaqdan böyük şərəf duyuram. Ölkəmizin inkişafı, xalqımızın rifahı üçün göstərdiyiniz səylər, hər birimiz üçün ilham mənbəyidir. Sizə möhkəm sağlamlıq, uzun ömür, ailənizlə birgə xoş günlər arzu edirəm. Hər zaman arzularınız çin olsun, qarşınızda yeni imkanlar açılsın, öhdənizdəki bu məsuliyyətli vəzifədə daha da böyük uğurlar qazanasınız. Onu da qeyd etmək istəyirəm ki, biz bu gün Sizin sayənizdə Qarabağ Universitetində təhsil alırıq. Sizin kimi bir liderimizin olması bizim üçün böyük qürurdur. Böyük hörmət və minnətdarlıqla Qarabağ Universitetinin Hüquqşünaslıq üzrə birinci kurs tələbəsi Ayşə Şərifli”.
Qumral Abbas:
“Hörmətli cənab Prezident İlham Əliyev, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycanın inkişafı və tərəqqisi yolunda göstərdiyiniz əvəzsiz liderliyinizə görə, təşəkkür edirəm. Bir qarabağlı və Qarabağ Universitetinin tələbəsi olaraq, müzəffər Ordumuzla birlikdə torpaqlarımızı azad edərək bizə bəxş etdiyiniz xoşbəxtliyə görə də təşəkkürlərimi bildirirəm. Hər zaman xalqımızın yanında olmağınız, ölkəmizin dünyada layiqli yerini təmin etməyiniz bizim üçün böyük bir qürur mənbəyidir. Sizə möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzu edirəm!”.