“Hazırda yalnız institusional akreditasiya üzrə dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulub”.
Tehsil365 xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, bununla belə, proqram akkreditasiyası cari ildə ikili diplom proqramlarının qiymətləndirilməsi də daxil olmaqla 18 ali təhsil müəssisəsində keçirilib və növbəti illərdə də davam etdirilməsi planlaşdırılır:
“Bu fəaliyyətin maliyyə tutumluluğunu nəzərə alaraq, düşünürəm ki, bu istiqamətdə xidmət haqqının tətbiqi üçün də işlər aparılmalıdır”.