Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müəyyən ediləcək.
Tehsil365 xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.