"Cari ildə kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiya Federasiyası (1841), Türkiyə Respublikası (1616), Ukrayna (1377), Gürcüstan (296) və Birləşmiş Krallıqdan (189) əldə olunan kvalifikasiyalar üzrə qeydiyyata alınıb".
Tehsil365 xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən brifinqdə qeyd edib.
"Ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir".