Hazırda xarici ölkələrdə bakalavr pilləsində son kursunda oxuyan Azərbaycan əsilli tələbələrin bir çoxu Azərbaycanda magistraturaya qəbul olmaq istəyirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365”ə bildirilib ki, həmin şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri əldə etdikdən və həmin məlumatlar Nazirliyin müvafiq bazasına daxil olunduqdan sonra magistraturaya qəbul imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilərlər.