Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 11 nəfərin vəziyyəti ağırdır.
Tehsil365 Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda Manqistau vilayətinin səhiyyə departamenti məlumat yayıb.
“Ümumilikdə 29 zərərçəkən var: onlardan 27-si çoxsahəli rayon xəstəxanasına çatdırılıb. 27 nəfərdən 11-i ağır vəziyyətdə reanimasiyadadır. 11 və 16 yaşlı iki uşaq uşaq xəstəxanasına yerləşdirilib və əməliyyata hazırlanır”, - idarədən bildirilib.
Həkimlərin sözlərinə görə, uşaqlar qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sınıq və əzilmiş xəsarətlərlə, travmatik şok vəziyyətində daxil olublar.